
“Lukoyl”un aktivlərinin alınması məsələsi hazırda müzakirə mövzusu deyil.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə “Uzbekneftegaz” bəyan edib. “Uzbekneftegaz”ın baş direktoru Bahodir Sidikov yerli “Gazeta” internet nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, “Özbəkneftqaz” “Lukoyl” ilə Özbəkistanda birgə layihələrə təsir edəcək məhdudiyyətlərin tətbiqini müzakirə edir.
“Lukoyl”un məlumatına görə, şirkət hasilatın pay bölgüsü sazişi çərçivəsində Özbəkistanda Kanlım-Xauzak-Şadı və Hisar layihələrini həyata keçirir. Fəaliyyət göstərdiyi 20 il ərzində bu layihələrə 7,5 milyard dollar sərmayə qoyulub, 134,4 milyard kubmetr təbii qaz hasil edilib.
“Lukoyl” daha əvvəl bəyan etmişdi ki, bir neçə ölkənin şirkətə və onun törəmə şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməsi səbəbindən beynəlxalq aktivlərini satmaq niyyətindədir.
Mehman Mehdiyev











































