Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan Səudiyyə Ərəbistanı ilə 122 milyon dollarlıq enerji layihəsi həyata keçirəcək

Özbəkistan Səudiyyə Ərəbistanı ilə 122 milyon dollarlıq enerji layihəsi həyata keçirəcək


Özbəkistan Səudiyyə Ərəbistanı ilə 122 milyon dollarlıq enerji layihəsi həyata keçirəcək.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə razılıq Özbəkistanın baş nazirinin müavini Cəmşid Xocayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri zamanı əldə olunub.

Belə ki, səfər zamanı Riyadh Cables Group ilə Daşkənddə yüksək gərginlikli kabel məhsullarının istehsalı üzrə birgə layihənin həyata keçirilməsi barədə müqavilə imzalanıb. 122 milyon ABŞ dolları dəyərində olan layihənin reallaşması ilə onun istehsal gücü ildə 24 min ton olacaq. Layihə çərçivəsində 340 yeni iş yeri yaradılacaq.

Həmçinin səfər zamanı tərəflər arasında enerji, su təchizatı, informasiya texnologiyaları, kənd təsərrüfatı və infrastruktur sektorlarını əhatə edən 20-dən çox birgə layihəni özündə birləşdirən Fəaliyyət Planı təsdiqləndi.

Süleyman
Xəbəri paylaş