
2023-cü ilin oktyabr ayından İsrail ordusunun hərbi əməliyyatları nəticəsində Qəzza zolağında 256 media işçisi həlak olub.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Qəzza hökumətinin mətbuat xidməti Telegram kanalında məlumat yayıb. Bildirilib ki, həlak olan media nümayəndələri arasında fələstinlilərlə yanaşı, ayrı-ayrı ölkələrin, xarici KİV-lərin təmsilçiləri də var.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından silahlı HƏMAS tərəfdarlarının İsrail ərazisinə daxil olması, sərhəd kəndlərinin sakinlərini öldürməsi və 250-dən çox insanı girov götürməsi nəticəsində Yaxın Şərqdə vəziyyət kəskin şəkildə gərginləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturlarını məhv etmək və oğurlananların hamısını azad etmək məqsədi ilə anklavda hərbi əməliyyata başlayıb. Qəzza Səhiyyə Nazirliyinin son rəqəmlərinə görə, Zolaqda döyüşlər nəticəsində həlak olan fələstinlilərin ümumi sayı 68 mini keçib, 170 mindən çox yaralı var.
Mehman Mehdiyev











































