
Rusiya Prezidenti Vladimir Putin, Avrasiya İiqtisadi Birliyinin mal statusu təsdiqləndiyi təqdirdə, Qazaxıstan və Qırğızıstandan Rusiyaya malların sənədsiz yolla idxalına icazə verən fərman imzalayıb.
Newscenter.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Fərman 10 dekabr 2025-ci il tarixinədək qüvvədədir. Malları qəbul edən Rusiya hüquqi şəxsləri daşıyıcıya Rusiya gömrük orqanına öz adından bildiriş təqdim etməlidirlər.
Bildirişdə malların mövcud qaydalara uyğun olaraq bəyan edilməsi öhdəliyi göstərilməlidir. Bundan əlavə, malların alıcıları malların müvəqqəti saxlama anbarlarına daşınmasını təşkil etməli və bu barədə Rusiya Sənaye və Ticarət Nazirliyinə məlumat verməlidirlər. Onlar həmçinin 27 dekabr tarixinə qədər malları etiketləməli və bəyan etməlidirlər.
Mehman Mehdiyev











































