Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya və Yaponiya birbaşa hava əlaqələrini bərpa edir

Rusiya və Yaponiya birbaşa hava əlaqələrini bərpa edir


Rusiya və Yaponiyanın aviaşirkətləri iki ölkə arasında birbaşa uçuşların açılması imkanını müzakirə edirlər.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

O bildirib ki, şirkətlər arasında iş və məsləhətləşmələr davam edir:

"Lakin hər şey Yaponiya hökumətinin mövqeyindən asılıdır. Biz yapon şirkətlərinin Rusiyaya uçuşlarını ləğv etməmişik və ya qadağan etməmişik. Bu, Tokionun qərarı idi, bizim deyil. Onlar hazır olan kimi uçuşlar davam edəcək. Bizim heç bir etirazımız yoxdur", - deyə XİN rəsmisi bildirib.

Qeyd edək ki, Ukraynada xüsusi hərbi əməliyyatın başlamasından sonra Yaponiya aviaşirkətləri Rusiya hava məkanında uçuşları dayandırıb.

Mehman Mehdiyev
Xəbəri paylaş