Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib

Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib


Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə Bakıda Gülüstan sarayında rəsmi qəbul təşkil edilib.

Newscenter.az xəbər verir ki, tədbir Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilir.

Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan ziyafətdə qonaqlar sırasında Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, hərbi attaşelər, ictimai-siyasi xadimlər, Milli Məclisin sədri Sahibə Qafarova başda olmaqla parlament üzvləri, media nümayəndələri də yer alırlar.
Xəbəri paylaş