Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Uca Türk xalqı Atatürkün miras qoyduğu Türkiyə Cümhuriyyətini bir dəyər kimi qoruyur, ona sahib çıxır

Uca Türk xalqı Atatürkün miras qoyduğu Türkiyə Cümhuriyyətini bir dəyər kimi qoruyur,  ona sahib çıxır



“Bu gün – 29 oktyabr Türkiyə Cümhuriyyətinin yaranması günüdür. 102 il əvvəl elan olunmuş Cümhuriyyət çətin və şərəfli bir yol qət edərək günümüzə qədər gəlib çıxıb. 1923-cü ildə Qazi Mustafa Kamal Atatürk və onun silahdaşlarının apardığı azadlıq mübarizəsinin nəticəsində əsası qoyulan Cümhuriyyət, türk millətinin azadlıq iradəsinin, birlik və bərabərlik duyğusunun ən böyük təzahürüdür. Bu gün uca Türk xalqı Atatürkün miras qoyduğu Türkiyə Cümhuriyyətini bir dəyər kimi qoruyur, ona sahib çıxır, inkişaf etdirir”.

Bu fikirləri Newscenter.az-a “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” (ATXƏM) ictimai birliyinin sədri İlham İsmayılov səsləndirib. ATXƏM sədri deyib ki, Atatürkün “Ən böyük əsərim – Cümhuriyyətdir” kəlamı, bu dəyərlərin əbədiliyini bizə bir daha xatırladır.

İlham İsmayılov qeyd edib ki, ötən 102 il ərzində Türkiyə Cümhuriyyəti elm, təhsil, sənaye, mədəniyyət və texnologiya sahələrində böyük uğurlar qazanıb, müasir dünyanın hörmətlə yanaşdığı güclü bir dövlətə çevrilib, dünyada söz sahibi ölkələrdən biri olaraq yer alıb:

“Bu inkişafın təməlində xalqın həmrəyliyi, dövlətə və millətə olan sevgi, demokratiya və azadlıq prinsipləri dayanır”.

ATXƏM sədri qeyd edib ki, Türkiyə Cümhuriyyətinin yaranma tarixini təkcə Türkiyədə yaşayan qardaşlarımız deyil, eləcə də bizlər, bütün Türk dünyası sevinc və qürurla qeyd edir:

“Çünki müasir Türkiyə Cümhuriyyəti Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi, eləcə də Türkiyə-Azərbaycan dostluq, qardaşlığı, iki ölkə rəhbərliyinin siyasi iradəsi, proseslərdə lokomotiv rol oynaması ilə bütün Türk dünyasını öz çətiri altında birləşdirir.
Bu əziz gündə, Cümhuriyyəti miras qoyan Mustafa Kamal Atatürk başda olmaqla, bütün qəhrəman şəhid və qaziləri dərin hörmət, minnətdarlıq və rəhmətlə yad edirik. Onların fədakarlığı sayəsində bu gün azad, müstəqil və güclü bir Türkiyə dövləti mövcuddur.
Cümhuriyyətin 102-ci ili bizə yalnız keçmişin qürurunu deyil, gələcəyin məsuliyyətini də xatırladır. Bu müqəddəs mirası qorumaq, onu gələcək nəsillərə daha güclü şəkildə ötürmək lazımdır. Qardaş Türkiyə Cümhuriyyətini bu əziz bayram münasibətilə səmimi qəlbdən təbrik edir, daha uca zirvələr fəth etməyi arzulayırıq.
Yaşasın Cümhuriyyət!
Yaşasın Türk dünyası!
Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”

Süleyman
Xəbəri paylaş