Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“XXI əsrdə peşəkar təhsil, elm və innovasiya” Konqresi keçiriləcək

“XXI əsrdə peşəkar təhsil, elm və innovasiya” Konqresi keçiriləcək


Oktyabrın 29-da ExpoForum Konqres və Sərgi Mərkəzində “XXI əsrdə peşəkar təhsil, elm və innovasiya” Konqresi və Sankt-Peterburq Beynəlxalq Elm və Təhsil Sərgisi açılacaq.

Newscenter.az TASS-a istinadən bildirir ki, tədbirlərdə təxminən 15 000 nəfər iştirak edəcək.

"ExpoForum Konqres və Sərgi Mərkəzi Sankt-Peterburqun böyük elm və təhsil mərkəzi kimi potensialını nümayiş etdirəcək. Elm və yeni texnologiyalar şəhərimizin on inkişaf prioritetlərindən biridir. Sərgi və konqres proqramı şəhərin universiteti və elmi ictimaiyyəti ilə birgə işlənib hazırlanıb. Buraya 150-dən çox tədbir daxildir.

Konqres tədbirləri oktyabrın 29-dan 30-dək keçiriləcək. Konqres ölkənin texnoloji liderliyinə nail olunmasında elm və peşə təhsilinin roluna həsr olunmuş plenar iclasla açılacaq.

Anar Əliyev
Xəbəri paylaş