Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəfər. Əbədiyyətə qədər

Zəfər. Əbədiyyətə qədər



Ali Baş Komandan İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşündə tarixi Zəfərin əhəmiyyətinə toxunaraq bəyan etdi ki,

5 il bundan əvvəl tarixi Zəfərimiz bütün dünyaya səs salıb və 8 Noyabr - Zəfər Günü tariximizin ən parlaq səhifəsidir.
Zəfər Günü Azərbaycanın son 200 illik tarixində qazandığı ən böyük qələbədir, 200 illik tarixinin parlaq və Qızıl səhifəsidir.

Məhz bu Zəfərin təntənəsinin nümunəsi kimi 5 il əvvəl işğaldan azad edilmiş Horovlu sakinləri öz evlərinə geri döndülər, onlar üçün Zəfər yubileyi ikiqat bayrama çevrilir.
Azərbaycan həqiqətən də regionda yeni reallıqlar yaradır, sülh və qonşuluğu, geniş rifah əməkdaşlığını, ədaləti bərqərar edir. Prezidentin də bəyan etdiyi kimi bugünkü reallıq ədalətin təntənəsidir. Azərbaycan xalqı həmişə ədalətə inanıb və onu təmin edib. Bu gün də regionda formalaşan yüni mühit, ədalət arxitekturası məhz Azərbaycanın Zəfər salnaməsinin simvoludur.
Sözsüz ki, Zəfərin Memarı İlham Əliyevdir. O, 18 ilini gecə-gündüz bu müqəddəs vəzifəni yerinə yetirmək üçün səfərbər etdi. Heç vaxt ruhdan düşmədi, beynəlxalq təzyiq və riyakarlıqlara sinə gərdi, Qələbə əzmini və İnamını itirmədi. Bütün var-gücünü, dövlətin imkanlarını Ali Məqsədə çatmağa yönəltdi.

Ermənistanın və havadarlarının layiqli dərsini verdi, 30 il Azərbaycanna vədlər verən Minsk qrupunun saxtakar sülh missiyasını ifşa etdi, BMT-nin saralmış və icra edilməyən kağızlarını özü hüquqi qüvvəyə mindirdi.

Ali Baş Komndan və Rəşadətli Azərbaycan Ordusu öz gücü və ehtişam mübarizliyi, döyüş qabiliyyəti ilə tarix yazdı, Şuşada- Xankəndidə Zəfər Bayraqlarını dalğalandırdı.
Bu müqəddəs Zəfəri bizə bəxş edən əziz şəhidlərimizin ruhu qarşısında baş əyir, cəsur qazilərimizə şəfa diləyirəm.
5 ildir ki, Zəfər Günü öz əzəməti, möhtəşəm ucalığı ilə Azərbaycan xalqının qürur və iftixar tarixinə çevrilib.

Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Xəbəri paylaş