
Orta Asiya tarixində ilk dəfə olaraq Daşkənddə "FIA Baş Assambleyası" və "FIA Mükafatları" mərasimi keçiriləcək.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Daşkənd şəhər administrasiyasının mətbuat xidməti məlumat verib.
Daşkənddəki tədbirlər çərçivəsində ilk dəfə olaraq avtomobil idmanı dünyasında ən nüfuzlu mükafatlandırma mərasimi olan "FIA Qalası" keçiriləcək. Mərasimdə müxtəlif avtoidman çempionatlarının qalibləri təntənəli şəkildə mükafatlandırılacaq.
Tədbirdə dünya avtoidmanının ən nüfuzlu təşkilatı - FIA-nın rəhbərliyi, 149 ölkədən 500-dən çox yüksək vəzifəli nümayəndə və milli federasiyaların nümayəndələri, eləcə də 100-dən çox peşəkar yarışçı iştirak edəcək.
Məlumat üçün qeyd edək ki, FIA (Fédération Internationale de l’Automobil) 1904-cü ildə təsis edilmiş Beynəlxalq Avtomobil Federasiyası. Formula 1, Dünya Ralli Çempionatı (WRC), Dünya Dözümlülük Çempionatı (WEC) kimi çempionatları idarə edən avtoidman və avtoidman sahəsində ən böyük beynəlxalq təşkilatdır.
Mehman Mehdiyev











































