
Hörmüz boğazının altından mümkün potensial tunel Şimal-Cənub dəhlizinin davamı kimi xidmət edə bilər. Ərəb ölkələri bu ideyanın həyata keçirilməsində maraqlıdır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Dünya Xalqları Assambleyasının baş katibi Andrey Belyaninov deyib.
Onun sözlərinə ğörə, İran və Ərəbistan yarımadasını ayıran Hörmüz boğazından tunel tikilsəydi, çox gözəl olardı. Onun uzunluğu cəmi 53 kilometrdir. Bu, Şimal-Cənub dəhlizinin inkişafı üçün yeni logistik imkanlar və yeni nəqliyyat axınları və dəhlizlər yaradacaq", - deyə o, bildirib.
Belyaninov qeyd edib ki, Şimal-Cənub dəhlizinin əhəmiyyətini qiymətləndirmək çətindir.
O vurğulayıb ki, Hörmüz boğazı altında tunelin həyata keçirilməsi onilliklərin işi deyil, onu kifayət qədər tez həll etmək olar.
Anar Əliyev











































