Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsmayıl Qaspıralı Xarici Siyasət İnstitutunun nümayəndələri səfir Rəşad Məmmədovla görüşüblər

İsmayıl Qaspıralı Xarici Siyasət İnstitutunun nümayəndələri səfir Rəşad Məmmədovla görüşüblər


İsmayıl Qaspıralı Xarici Siyasət İnstitutunun nümayəndələri Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovla görüşüblər.

Newscenter.az xəbər verir ki, görüşdə sözügedən institutun yaranma zərurəti, qarşısına qoyduğu hədəflər, eləcə də fəaliyyət istiqamətləri barədə səfirə ətraflı məlumat verilib. Səfir Rəşad Məmmədov da öz növbəsində İsmayıl Qaspıralı Xarici Siyasət İnstitutunun fəaliyyətinə uğurlar arzulayıb.

Görüşdə Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq-qardaşlıq münasibətlörinə də toxunulub, bu münasibətlərin hər ötən gün daha da inkişaf etdiyi məmnunluqla ifadə olunub.

Süleyman
Xəbəri paylaş