Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan prezidenti özünə yeni müşavir təyin etdi

Özbəkistan prezidenti özünə yeni müşavir təyin etdi


Özbəkistan Prezidenti yeni təyinatlar həyata keçirib.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, Şavkat Mirziyoyevin imzaladığı sərəncama əsasən, prezident administrasiyasında yeni təyinatlar olub.

Prezidentin müvafiq sərəncamları ilə Rövşən Qulyamov Prezidentin Regional İnkişaf üzrə müşaviri vəzifəsinə təyin edilib və bununla əlaqədar o, Prezidentin İqtisadi Siyasət üzrə müşaviri vəzifəsindən azad edilib.

Obid Xakimov isə Prezidentin İqtisadi Siyasət üzrə müşaviri təyin edilib.


Prezidentin digər sərəncamı ilə Əziz Maqrupov Prezidentin Regional İnkişaf üzrə müşavir müavini təyin olunub.

Anar Əliyev
Xəbəri paylaş