Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pakistanın Baş Auditor Ofisi ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib

Pakistanın Baş Auditor Ofisi ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib


Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Misirin Şarm Əl-Şeyx şəhərində keçirilən Ali Audit Orqanlarının (AAO) Beynəlxalq Təşkilatının (INTOSAI) XXV Konqresi çərçivəsində Pakistan Baş Auditor Ofisinin yeni rəhbəri cənab Məqbul Əhməd Qondal ilə görüşüb.

Newscenter.az xəbər verir ki, görüşdə dostluq və əməkdaşlıq münasibətlərinin ölkələr arasında yüksək səviyyədə inkişaf etdiyini vurğulayaraq, bu əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını və gələcək əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.

Cənab Məqbul Əhməd Qondal qarşılıqlı fəaliyyət planları ilə bağlı təkliflərini səsləndirib və müzakirələrin davam etdirilməsi məqsədilə qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. O, həmçinin ASOSAI İdarə Heyətinin 2025-ci il iyulun 17-də Bakıda keçirilmiş 62-ci iclası zamanı INTOSAI İdarə Heyətinə yeni üzvlərin seçilməsi prosesində Pakistan AAO-ya göstərilən dəstəyə görə Hesablama Palatasının rəhbərliyinə bir daha minnətdarlığını ifadə edib.

Süleyman
Xəbəri paylaş