
"Rusiya heç vaxt Baltikyanı və ya digər Aİ ölkələrinə qarşı heç bir proaktiv addım atmayıb. Mən heç vaxt belə bir şey görməmişəm, eşitməmişəm və ya xatırlamamışam. Rusiyanın bütün gördüyü cavab tədbirləri Avropa İttifaqının tətbiq etdiyi qeyri-qanuni sanksiyalara qarşıdır".
Newscenter.az TASS-a istinadən bildirir ki, bunları Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. Zaxarova deyib ki, son 10 ildə bir dəfə də olsun Rusiya iqtisadi sahədə Avropa İttifaqı ölkələrinə qarşı hər hansı proaktiv addım atmayıb, ancaq cavab verib:
"Rusiya yalnız istehsalçılarını müdafiə edir, bazarını qoruyur və yerli iqtisadiyyata, onun təsərrüfat subyektlərinə, bizneslərinə və s. tətbiq edilən sanksiyaları aradan qaldırmağa çalışır".
Mehman Mehdiyev











































