
Rusiya NATO-nun sabitliyi pozan hərəkətlərinə “Burevestnik” kimi sistemlər inkişaf etdirməklə cavab verməyə məcburdur.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Rusiya rəhbərliyinin dəfələrlə qeyd etdiyi kimi, onların inkişafı strateji tarazlığı qorumaq üçün zəruridir və həyata keçirilir", - deyə diplomat bildirib.
Zaxarova qeyd edib ki, üsusilə, ölkəmiz NATO-nun digər məsələlərlə yanaşı, raketdən müdafiə sahəsində getdikcə sabitliyi pozan hərəkətlərinə də cavab verməyi düşünür.
Mehman Mehdiyev











































