Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ŞƏT Ədliyyə Nazirləri Birgə Bəyanat İmzaladılar

ŞƏT Ədliyyə Nazirləri Birgə Bəyanat İmzaladılar


Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin ədliyyə nazirlərinin on ikinci (onlayn) iclası keçirilib.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, görüşdə Özbəkistan, Rusiya, Belarus, Hindistan, İran, Qazaxıstan, Çin, Pakistan, Tacikistan ədliyyə nazirləri, Qırğızıstan ədliyyə nazirinin müavini və ŞƏT-in baş katibi iştirak edib.

İclasda üzv dövlətlərin ədliyyə nazirliklərinin fəaliyyətində islahatlar və qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.

Xüsusilə, notariat xidmətlərinin rəqəmsallaşdırılması, sənədlərin elektron formada saxlanılması mexanizmi və “Notarius” informasiya sistemi vasitəsilə notariat prosedurlarının sadələşdirilməsi, təkcə cinayət işlərində deyil, həm də inzibati xətalar və mülki işlər üzrə dövlət hesabına pulsuz ixtisaslı hüquqi yardımın göstərilməsi məsələləri vurğulanıb.

Tədbirin sonunda gündəmdəki məsələlər üzrə tərəflərin ümumi razılaşmalarını əks etdirən birgə bəyanat imzalanıb.

Anar Əliyev
Xəbəri paylaş