
Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərinin ədliyyə nazirlərinin növbəti iclası Tacikistanda keçiriləcək.
Newscenter.az Özbəkistanın uze.uz xəbər portalına istinadən bildirir ki, bu barədə razılıq təşkilata üzv dövlətlərin ədliyyə nazirlərinin on ikinci (onlayn) iclası zamanı əldə edilib. İclasda nazirlərin Tacikistan görüşünün vaxtı və gündəliyinin müəyyən edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
İlkin olaraq Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərinin ədliyyə nazirlərinin Tacikistan görüşünün 2026-cı ildə keçirilməsi razılaşdırılıb. İclasda Özbəkistan, Rusiya, Belarus, Hindistan, İran, Qazaxıstan, Çin, Pakistan, Tacikistan ədliyyə nazirləri və ŞƏT-in baş katibi iştirak edəcək.
Mehman Mehdiyev












































