Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Trampın nüvə sınaqları fəlakətli olacaq-Amerikalı senator

Trampın nüvə sınaqları fəlakətli olacaq-Amerikalı senator


ABŞ prezidenti Donald Trampın nüvə sınaqları fəlakətli olacaq.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu senator Jacky Rosen deyib. O, Donald Trampın nüvə sınaqlarını bərpa etmək barədə açıqlamasını ehtiyatsızlıq, məsuliyyətsizlik və təhlükəli olaraq dəyərləndirib.

"Əgər bu bərpa baş verərsə, radiasiya və dağıntı bütün ölkə və bütün dünyada hiss olunacaq. Bu, dağıdıcı və fəlakətli olacaq", - deyə senator bildirib.

O xatırladıb ki, ölkəsi 1951-ci ildən 1992-ci ilədək aparılan sınaqların nəticələrindən hələ də əziyyət çəkir.

"Mən bunun baş verməsinə icazə verməyəcəyəm. Bunun qarşısını almaq üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Pentaqona nüvə silahı sınaqlarını dərhal bərpa etmək barədə göstəriş verdiyini açıqlamışdı.

Anar Əliyev
Xəbəri paylaş