
Yaxın vaxtlarda Bakıda “Azərbaycan–İsrail” Ticarət Evinin açılışı planlaşdırılır.
Newscenter.az bu barədə Magen David Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzinə istinadən xəbər verir.
Bildirilir ki, bu təşəbbüs beynəlxalq əməkdaşlığın inkişafında yeni bir mərhələ olacaq, ticarət-iqtisadi və investisiya sahələrində tərəfdaşlıq üçün əlavə imkanlar yaradacaq.
“Magen David Azərbaycan” təşkilatı ümid edir ki, Azərbaycan və İsrail arasında əməkdaşlıq təkcə humanitar və mədəni sahələrdə deyil, həm də iqtisadi istiqamətdə davamlı şəkildə inkişaf edəcək və bu münasibətlər hər iki xalqın rifahına xidmət edəcək.
Süleyman











































