Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beyinə ən çox zərər verən qidalar hansılardır?

Beyinə ən çox zərər verən qidalar hansılardır?


Virciniya Texnologiya Universitetinin alimləri hansı qida növlərinin beyin sağlamlığına ən çox zərər verdiyini müəyyən ediblər.

Newscenter.az TASS-a istinadən bildirir ki, araşdırmaya görə, ultra emal olunmuş ət məhsulları və şəkərli içkilər siyahıda birinci yerdədir.

Alimlər müəyyən ediblər ki, hər gün bu iki qida qrupundan bir porsiya artıq istehlak edən insanlarda demensiya və Alzheimer kimi koqnitiv pozğunluqların inkişaf riski xeyli artır.

2014-2020-ci illər arasında aparılan tədqiqatda 55 yaş və yuxarı 4750 amerikalı iştirakçısı müayinə edilib. Onlar hər iki ildən bir koqnitiv testdən keçiblər. Tədqiqatda 1363 nəfərdə koqnitiv pozğunluq müşahidə olunub.

Hər gün bir porsiya artıq ultra emal olunmuş ət istehlak edənlərdə risk 17 faiz artıb.

Hər gün bir porsiya artıq şəkərli içki (kola, buzlu çay, meyvəli içkilər və s.) istehlak edənlərdə risk 6 faiz artıb.

Digər emal olunmuş qidalar da eyni təsirə malik deyildi.


Mehman Mehdiyev
Xəbəri paylaş