
Özbəkistanda toy və mərasimlıərdə məhdud sayda iştirakçı olacaq.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, sözügedən məsələ Daşkənd şəhər administrasiyasının Sergeli rayon administrasiyası ilə əməkdaşlıq çərçivəsində keçirilən toplantıda müzakirə edilib.
Tədbirdə toy və mərasimlərin yığcam və ailənin iqtisadi imkanlarına uyğun keçirilməsi üçün praktik tədbirlərin müəyyən edilməsi uyğun görülüb.
Milli dəyərlərə yad olan adətlərə son qoymaq və məhəllədə rasional istehlak proqramında göstərilən məsələləri təşviq etmək üçün hər məhəllədə ayrıca tədbirlərin hazırlanması qərara alınıb.
Mehman Mehdiyev











































