
Qazaxıstanın müdafiə naziri Rusiya və Belarusdan olan həmkarları ilə danışıqlar aparıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, nazirlər MDB üzv dövlətlərinin Müdafiə Nazirləri Şurasının 85-ci iclası çərçivəsində Almatıda görüşüblər.
Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran məsələlər üzrə ikitərəfli əməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər. Görüşdə həmçinin, müdafiə nazirliklərinin rəhbərləri regional təhlükəsizlik və hərbi kadrların hazırlanması sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir nübadiləsi aparıblar.
Danışıqların nəticəsi olaraq Qazaxıstan Respublikası Müdafiə Nazirliyi ilə Rusiya və Belarus müdafiə nazirlikləri arasında 2026-cı il üçün hərbi əməkdaşlıq planı imzalanıb.
Mehman Mehdiyev











































