
Rusiyanın təkrar bazarında ən bahalı mənzil Moskvada təxminən 4 milyard rubla satılır.
Newscenter.az TASS-a istinadən bildirir ki, Sankt-Peterburqda ən bahalı mənzil 2,2 milyard rubla, Soçidə isə 700 milyon rubla siyahıya alınıb.
Ən bahalı penthausun qiyməti isə 50 milyon dollardır təşkil edir.
Soçidən sonra Krımın cənub sahilində (Yalta bələdiyyə rayonu) Nijnyaya Oreanda gəlir, burada ən bahalı mənzil 315 milyon rubla başa gəlir.
Vladivostokda təkrar bazarda ən bahalı mənzilin qiyməti 313 milyon rubldan çoxdur.
Mehman Mehdiyev











































