
Tayvanda zəlzələ olub.
Newscenter.az TASS-a istinadən bildirir ki, yeraltı təkanlar Tayvanın şərqindəki Hualien qraflığında qeydə alınıb.
Adanın Mərkəzi Meteorologiya İdarəsinin məlumatına görə, zəlzələ 5 bal gücündə olub.
Zəlzələnin episentri mahalın paytaxtı Hualien şəhərindən təxminən 156 kilometr şərqdə qeydə alınıb. Yeraltı təkanların ocağı 61,7 kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.
Mehman Mehdiyev











































