Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təhsil sahəsində maddi-texniki baza gücləndirilir

Təhsil sahəsində maddi-texniki baza gücləndirilir


"Azərbaycanda təhsil sahəsində maddi-texniki baza gücləndirilir. Bu istiqamətdə hər ötən il müsbət irəliləyişlər müşahidə olunmaqdadır".

Newscenter.az xəbər verir ki, bunları təhsil nazirinin müavini Kənan Kərimzadə deyib. Nazir müavini qeyd edib ki, artıq paytaxt deyil, regionlarda, ucqar kəndlərdə belə təhsil müəssisələri komputerlər, zəruri texniki avadanlıqlarla təmin olunub:

"Bu da öz növbəsində ölkədə təhsilin inkişafına, gənclərimizin bilik və bacarıqlarının artırılmasına öz müsbət təsirini göstərir".

Kənan Kərimzadə bildirib ki, təhsil sahəsinin inkişaf etdirilməsi, gənclərimizin bilik və bacarıqlı olması dövlətin əsas prioritetlərindəndir.

Süleyman
Xəbəri paylaş