
Almaniya Ukraynada mümkün atəşkəsin qorunması və xüsusilə də qoşunlarının Kiyevlə qonşu NATO ərazisinə yerləşdirilməsi səylərinə töhfə verməyə hazırdır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Almaniya kansleri Fridrix Merts Parisdə keçirilən "könüllülər koalisiyası"nın iclasından sonra mətbuat konfransında açıqlayıb.
“Almaniya siyasi, maliyyə və hərbi töhfə verməyə davam edəcək. Buraya, atəşkəs əldə edildikdən sonra Ukraynaya bitişik NATO ərazisində qüvvələrin yerləşdirilməsini daxil etmək olar”, - deyə Merts bildirib.
“Şərtlər aydınlaşdırıldıqdan sonra Almaniyanın töhfəsinin növü və dərəcəsi ilə bağlı qərar Federal Hökumət və Almaniya Bundestaqı tərəfindən verilməlidir və veriləcək”, deyən kanlser, “Mən özüm və hökumət adından danışmaq istəyirəm. Biz heç nəyi istisna etmirik”, - deyə o, vurğulayıb.
Merz bildirib ki, ölkəsi təhlükəsizlik zəmanətlərində iştirak etməyə hazırdı.
Cavid












































