
Pentaqon müttəfiqlərin Çini çəkindirmək strategiyasının bir hissəsi olaraq Qərbi Avstraliyadakı genişlənən Stirling bazasında dörd nüvə sualtı qayığı yerləşdirmək niyyətindədir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti yazıb. Qəzetin məlumatına görə, ilk sualtı qayığın 2027-ci ildə orada lövbər salması gözlənilir.
Kanberra Stirlinqdə təlim mərkəzi, radioaktiv tullantılar üçün anbar, sualtı qayıqların lövbərlərinin təkmilləşdirilməsi və enerji təchizatı üçün 5,6 milyard dollar ayırır. Ötən ilin sonlarında dördüncü nəsil Virciniya sinifli USS Vermont sualtı qayığı təxminən dörd həftə ərzində bazada yerləşib. Amerika və Avstraliya personalı birlikdə sualtı qayıqda müxtəlif texniki xidmət işlərini yerinə yetiriblər.
Avstraliya hakimiyyəti artıq Pertin ətrafındakı Hendersonda əsaslı təmir və gəmiqayırma zonasının yaradılması üçün 8,4 milyard dollar ayırıb. Bu zonaya əsaslı təmir və ən genişmiqyaslı təmir üçün zəruri olan quru doklar daxil olması gözlənilir. Nəşrin məlumatına görə, Qərbi Avstraliyada sualtı qayıqların təmiri və texniki xidmətinin aparılması ABŞ Hərbi Dəniz Qüvvələrinin Cənubi Çin dənizi də daxil olmaqla potensial alovlanma nöqtələrinin yaxınlığında yerləşməsinə imkan verəcək.
Anar












































