Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dehli məktəblərində bomba həyəcanı, paytaxtda təhlükısizlik tədbirləri gücləndirilib

Dehli məktəblərində bomba həyəcanı, paytaxtda təhlükısizlik tədbirləri gücləndirilib



Hindistanın paytaxtı Dehlidəki bir neçə məktəbə elektron poçt vasitəsilə bomba təhdidləri daxil olduqdan sonra Hindistan paytaxtında təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Newscenter.az xəbər verir ki, bu barədə "The Times of India" qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, təhsil müəssisələrindəki şagirdlər və işçilər təxliyə edilib. Hadisə yerinə polis bölmələri və bomba zərərsizləşdirmə mütəxəssisləri gəlib. Kinoloji dəstələr onları axtarır. Kibercinayətkarlıqla mübarizə əməkdaşları təhdid edən elektron poçtların mənbəyini araşdırır və bu həftə Yeni Dehlinin mərkəzindəki Hindistan Parlamentinin binasını da bombalamaqla hədələyən cinayətkarı axtarırlar.

Yanvar ayında hakimiyyət orqanları elektron poçt vasitəsilə oxşar təhdidlər aldıqdan sonra paytaxtdakı məktəblərdə təhlükəsizliyi artırıb.

Anar
Xəbəri paylaş