Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

FETÖ-yə qarşı növbəti genişmiqyaslı əməliyyat, həbs edilənlər var

FETÖ-yə qarşı növbəti genişmiqyaslı əməliyyat, həbs edilənlər var


Türkiyədə FETÖ terror təşkilatına qarşı növbəti dəfə genişmiqyaslı əməliyyyat həyata keçirilib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə daxili işlər naziri Əli Yerlika məlumat verib.

Bildirib ki, son iki həftə ərzində 29 əyalətdə FETÖ-yə qarşı aparılan əməliyyatlarda 63 şübhəli həbs edilib.

Nazir Yerlikaya sosial media hesabında verdiyi açıqlamada, jandarmeriya personalının FETÖ-nun mövcud strukturunda aktiv olan, təşkilat daxilində məsul şəxslərlə taksofonlardan istifadə edərək əlaqə saxlayan, təşkilatla əlaqəli sözdə yardım təşkilatlarına maliyyə təmin edən, sosial media hesabları vasitəsilə FETÖ təbliğatı aparan və xaricə qaçmağa cəhd edən şübhəlilərə qarşı əməliyyatlar davam edir.

Şübhəlilərlə bağlı hüquqi proseslər barədə məlumat verən Yerlikaya, "Milli iradəyə qarşı qurulan tələlər bir-bir dağıdılır. Dövlətimizin bütövlüyünü və millətimizin dincliyini təhdid edənlərə qarşı mübarizəmiz qətiyyətlə davam edir",-deyə vurğulayıb.

Anar
Xəbəri paylaş