
Heç bir qüvvə İrəvanı Moskva ilə qarşıdurmaya sürükləyə bilməzş
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Erməni baş nazir buna tam əmin olduğunu bildirib.
“Rusiya ilə münasibətlərə dair strateji baxışımızı bölüşmək istərdim. Biz bütün tərəfdaşlara bütün məkanlarda bu mesajı çatdırırıq. Rusiya Federasiyasına və ya onun maraqlarına zərər vermək üçün heç bir gündəliyimiz yoxdur, yoxdur və olmayacaq da. Bu, mümkün deyil. Heç kim bizi Rusiya Federasiyasına qarşı hərəkət modelinə məcbur edə bilməyəcək”, - deyə Nikol Paşinyan Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə bildirib.
Süleyman












































