Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Litva prezidentindən Avropa İttifaqına çağırış

Litva prezidentindən Avropa İttifaqına çağırış


Bəzi Avropa siyasətçilərinin Rusiya ilə əlaqə qurmaq istədikləri barədə xəbərlər yayılarkən, Litva prezidenti Gitanas Nausėda onları "Kremlin qapısını döymək" əvəzinə birlikdə hərəkət etməyə çağırdı.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə LRT milli radiosu məlumat yayıb.

Nausėdanın sözlərinə görə, Avropa Ukraynada ABŞ-Rusiya sülh danışıqlarında iştirak edə bilər, lakin onun fikrincə, bu, yalnız davamlı və ədalətli sülhə nail olmaq üçün qarşılıqlı razılıq olduqda baş verməlidir.

Nausėda hesab edir ki, belə bir siyasət Avropaya etibar qazandırmır. Çünki Avropa ölkələri Rusiya ilə əlaqələrin qurulması üçün mümkün addımlar barədə danışmaqla 20-ci sanksiyalar paketini müzakirə etmək arasında növbələşirlər.

"Bu, bir növ ardıcıl siyasət deyil", - deyə o, bildirib.

Anar
Xəbəri paylaş