
Sankt-Peterburqun Nevski rayonundakı 39 nömrəli məktəbdə kütləvi zəhərlənnə halı qeydə alınıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, nəticədə 96 məktəbli xəstəxanaya yerləşdirilib.
Bütün xəstələrin və onlarla əlaqə saxlayanların norovirus infeksiyasına yoluxduğu məlum olub. Epidemiyanın qarşısının alınması və aradan qaldırılmasına yönəlmiş epidemiya əleyhinə tədbirlər həyata keçirilir.
39 nömrəli məktəbin rəhbərliyinin VKontakte- də verdiyi məlumata görə , epidemiya əleyhinə tədbirlərin həyata keçirilməsindən sonra təhsil müəssisəsi 12 fevralda təhsil fəaliyyətini bərpa edəcək və tədris cədvəlinə uyğun olaraq fəaliyyət göstərəcək.
Anar












































