
Afrika BMT Nizamnaməsinin yenidən nəzərdən keçirilməsi və Təhlükəsizlik Şurasında islahatlar prosesinə rəhbərlik etmək üçün əlverişli mövqedədir.
Newscenter.az TASS-a istinadən bidlrir ki, bunu Keyptaundakı Ədalət və Barışıq İnstitutunun sülh quruculuğu proqramının rəhbəri Tim Muriti Əddis-Əbəbədə keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Afrika bir neçə onilliklərdir ki, daha demokratik, təmsilçi və hesabatlı BMT Təhlükəsizlik Şurasının, dövrün ehtiyaclarına cavab verən bir qurumun yaradılmasını istəyir. Bu səylərin əsas elementi, digər şeylərlə yanaşı, qitəyə Təhlükəsizlik Şurasında iki daimi və beş qeyri-daimi yer təmin edən sözdə C10 modelinin təşviqidir. Ekspert vurğulayıb ki, islahatlar BMT Nizamnaməsinin 109-cu maddəyə uyğun olaraq yenidən nəzərdən keçirilməsi üçün BMT üzvlərinin toplantısının çağırılması ilə mümkündür. Bu qərar BMT Baş Assambleyasının üçdə iki səs çoxluğu və Təhlükəsizlik Şurasının istənilən doqquz üzvünün səsi ilə qəbul edilir.
Anar












































