
Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Türkiyə xarici işlər nazirinin köməkçisi, səfir Zeki Levent Gümrükçü ilə görüşüb.
Newscenter.az səfirliyə istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan-Türkiyə arasında mövcud olan müttəfiqlik əlaqələri çərçivəsində regional və qlobal səviyyədə baş verən proseslər müzakirə edilib.
Həmçinin, diplomatlar hər iki ölkənin ortaq marağında olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Səfir və Türkiyə XİN-nin təmsilçisi Ankara ilə Bakı arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrini yüksək qiymətləndirib, bu əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.
Süleyman












































