Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda bir çox sahələrdə müəyyən satqınları ifşa etmək lazımdır

Azərbaycanda bir çox sahələrdə müəyyən satqınları ifşa etmək lazımdır


"DTX xəyanətkarlarla bağlı ilk açıqlamasını yayıb. Bu rəsmi məlumat bir çox qaranlıq məqamları ortaya çıxarsa da, xəyanət filminin ssenaristləri və rolların ifaçıları ilə bağlı hələ çox məsələlərə aydınlıq gələcək".

Newscenter.az xəbər verir ki, bunları "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib. O bildirib ki, bu aydınlıq əslində çoxdan ölkəmizdə bir çox qaranlıq otaqlara işıq salıb, həmin otaqlarda satqın ideologiya ilə filmlərdə rollarda siyasi aktyorlara dərs keçirilirdi:

"İlk açıqlama və rəsmi münasibət göstərdi ki, Azərbaycanda bir çox sahələrdə müəyyən satqınları ifşa etmək və onları o qaranlıq otaqlardan çıxarmaq lazımdır. Dövlət və dövlətçilik prinsiplərini qoruyan, milli təhlükəsizliyimizə təhdid yaradan xəbis əlləri kəsmək, çirkli oyunçuları və siyasi satqınları zərərsizləşdirmək üçün atılan bu addımlara görə minnətdarlığımızı ifadə edirik".

Mərkəz rəhbəri, "Bu xain və tərbiyəsizləri cəzalandırmaq, buradan uzaq və yaxud yaxın ölkələrə uzanan xəyanət tellərini yandırmaq üçün var qüvvəsi ilə çalışan DTX əməkdaşlarına, DTX rəhbərliyinin bütün üzvlərinə və bu prosesdə əziyyət və əməyi olan, vicdanlı siyasi qərarlar qəbul edən Azərbaycan məmurlarına dərin hörmətlə təşəkkürümüzü bildiririk",-deyə vurğulayıb.

Süleyman
Xəbəri paylaş