
Bələdiyyələrin statusunu artırmaq lazımdır.
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib. O bildirib ki, bəzi hallarda yerlərdə mövcud olan bu və ya digər problemlərin həllində bələdiyyələr hər hansı bir addım ata bilmirlər:
"Hətta yerli icra hakimiyyətləri də bəzən həmin problemləırin həllində səlahiyyətsizdirlər və icra hakimiyyətlərinin də səlahiyyəti kifayət qədər azalıb. Ona görə də hesab edirəm ki, bələdiyyələrin statusunun artırılması həmin problemlərin həllində mühüm rol oynaya bilər".
Millət vəkili qeyd edib ki, bu vətəndaşın öz xırda probıemini həll etmək üçün mərkəzi icra hakimiyyətlərinə üz tutmasının da qarşısını alar.
Süleyman












































