
"Hesab edirəm ki, bələdiyyələrin vahid reyestrinin yaradılmasına ehtiyac var. Belə bir təcrübə demək olar ki, dünyanın bir çox ölkələrində mövcuddur".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Millət vəkili bildirib ki, vahid reyestrin yaradılması idarəetmənin təkmilləşdirilməsi baxımıdan əhəmiyyətlidir:
"Bələdiyyələrin vahid reyestrinin yaradılması bələdiyyə ərazisində yaşayan vətəndaşın bu və ya digər dərəcədə işini də asanlaşdıra, idarəetməni optimallaşdıra bilər".
Süleyman












































