Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda seçkilər öncəsi müxalifət güclü deyil

Ermənistanda seçkilər öncəsi müxalifət güclü deyil


"Ermənistanda keçiriləcək parlament seçkilərində Rusiya vətəndaşı, oliqarx Samvel Karapetyan da iştirak edəcək. Baxmayaraq ki, bir müddət bundan əvvəl həbsdən azad edilən və ev dustağı olan S. Karapetyanın namizədliyi yeni təsis edilən "Güclü Ermənistan" partiyası tərəfindən irəli sürüləcək. Ötən il Rusiya S.Karapetyanı Ermənistana göndərməklə, burada Gürcüstanda olduğu kimi ikinci B. İvanaşvili ssenarisini tətbiq etməyi planlaşdırırdi. Amma, N. Paşinyan S. Karapetyanı vaxtında həbs etdirməklə, Rusiyanın layihəsinin qarşısını aldı. Hazırda S.Karapetyanın N. Pasinyanin olduğu dönəmdə Ermənistanda baş nazir olmaq potensial yoxdur.

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Rusiya Ermənistanda iki nəfər arasında seçim etməye çalışır:

"Biri eks-prezident R. Koçaryan, digəri S. Karapetyandı. Hər ikisi N. Paşinyanın alternativi olacaq güclü lider deyil. Təbii ki, N. Paşinyan kənara çəkilərsə, S. Karapetyanın R. Koçaryana qalib gəlmək şansı yüksəkdir.

N. Paşinyana qarşı olan müxalifət ayrı-ayrı seçkilərə gedir. Bu da N. Paşinyanın mövqeyini kifayət qədər gücləndirir. N. Paşinyanın Azərbaycanla normal münasibətlər sistemini qurması və sülh gündəliyini təbliğ etməsi onun seçilməsini əsas şərtlərdəndirən amillərdən olacaq. Amma, S. Karapetyan və R. Koçaryan Azərbaycanla sülh gündəlyinə qarşıdır. Hər iki şəxs "bərabər, ləyaqətli sülhdən" danışır. Amma, Ermənistan əhalisinə "bərabər, ləyaqətli sülh" formulu nədən ibarət olduğunu təqdim edə bilmirlər. Çünki, R. Koçaryan -S. Sarkisyan və S. Karapetyanın "ləyaqətli sülh" konsepsiyası Qarabağ məsələsini gündəmə gətirməkdir. Məhz Qarabağ məsələsinə görə ermeni əhalisi müxalifəti iqnor edib.

ABŞ, Türkiyə və Azərbaycan Ermənistanda Rusiyanın adamlarının hakimiyyəti zəbt etməsinə imkan verməyəcək".

Süleyman
Xəbəri paylaş