
"Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla Yekun sülh müqaviləsini seçkilərə kimi imzalanmasını hökumətin proqramına salıb. Erməni baş nazir ötən gün açıqlamasında Yekun sülh müqaviləsi ilə bağlı mövqeyini bəyan edib. Ermənistan Konustitusiyası dəyişmədən Yekun sülh müqaviləsinin bağlanmasını ABŞ da istəyir.
Azərbaycan prezidenti İlham Əliyev isə Münhendə Ermənistan Konustitusiyası dəyişmədən Yekun sülh müqaviləsi bağlanmayacağını bəyan etdi".
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, dövlət başçısı haqlı olaraq qeyd edib ki, Konustitusiya dəyişikliyi edilsin, sabahı Yekun sülh müqaviləsinə imza atmağa hazırıq:
"Bununla da cənab İlham Əliyev bu məsələyə nöqtə qoydu. Ermənistan Konustitusiyası dəyişmədən Azərbaycan Yekun sülh müqaviləsinə imza atmayacaq".
Süleyman












































