
Səudiyyə Ərəbistanının Midad Energy şirkəti Lukoil-un beynəlxalq aktivlərini əldə etmək üçün anlaşma memorandumu imzalayıb.
Newscenter.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Bildirilib ki, sənəd yanvar ayında imzalanıb və Rusiya şirkətinin satışa çıxarılan bütün aktivlərini əhatə edir. Midad Energy, ABŞ da daxil olmaqla, tənzimləyici orqanlar tərəfindən razılaşdırılana qədər əməliyyat üçün vəsaiti əmanət hesabına yatırıb. Bu vəsaitin məbləği göstərilməyib.
2025-ci ilin oktyabr ayında ABŞ və Böyük Britaniya Lukoil şirkətini sanksiya siyahılarına əlavə ediblər. Daha sonra Rusiya şirkəti beynəlxalq aktivlərini satmaq niyyətində olduğunu açıqlayıb və beynəlxalq neft treyderi Gunvor-dan Rusiya şirkətinin xarici aktivlərinə sahib olan Lukoil International GmbH şirkətini almaq təklifi alıb. Lakin Gunvor daha sonra ABŞ Maliyyə Nazirliyinin Ukraynadakı münaqişə həll olunana qədər Gunvor-a biznes aparmaq və mənfəət əldə etmək üçün lisenziya verməyəcəyi barədə verdiyi açıqlamadan sonra Lukoil-ın xarici aktivlərini almaq təklifini geri götürdüyünü açıqlayıb.
Anar












































