Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nizami Gəncəvinin 885 illik yubileyinin təşkili ilə bağlı məsələlər müzakirə edilib

Nizami Gəncəvinin 885 illik yubileyinin təşkili ilə bağlı məsələlər müzakirə edilib


Dahi Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəvinin 885 illik yubileyinin təşkili ilə bağlı Gəncədəki Nizami Gəncəvi Muzeyində iclas keçirilib.

Newscenter.az Muzeyə istinadən bildirir ki, iclas zamanı yubiley çərçivəsində il boyu həyata keçiriləcək tədbirlər planı müzakirə olunub, müxtəlif formatlı ədəbi-bədii gecələrin, elmi konfransların, sərgilərin və maarifləndirici layihələrin təşkili barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda yubiley tədbirlərinin koordinasiyalı şəkildə icrası məqsədilə işçi qrupunun yaradılması qərara alınıb. İclasda bildirilib ki, qarşıda duran əsas məqsəd böyük söz ustadının zəngin irsinin daha geniş təbliği və gələcək nəsillərə çatdırılmasıdır.

Süleyman
Xəbəri paylaş