Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Süni intelektin, rəqəmsallaşmanın inkişaf etdirilməsi mühüm istiqamətlərdən biridir

Süni intelektin, rəqəmsallaşmanın inkişaf etdirilməsi mühüm istiqamətlərdən biridir


"Dəyişən zaman kəsimində yeniliklərlə ayaqlaşmaq, onu gündəlik həyatda tətbiq etmək günün tələbidir. Bu bir danılmaz faktdır ki, dünyamız sürətlə rəqəmsallaşmaya, süni intelektin tətbiqinə doğru gedir. Bu mənada Azərbaycan da dünyada gedən bu proseslərdən kənarda qalmamalıdır. Elə bu günlərdə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə də bu məqsədə xidmət edirdi. Elə bu günlərdə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə də bu məqsədə xidmət edirdi".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı deyib. Ölkəmizin rəqəmsallaşma, süni intelektin tətbiqi istiqamətində bir sıra mühüm addımlar atdığını deyən Arzuman Muradlı bildirib ki, ASAN Xidmət modelinin tətbiqi, "Ağıllı kənd" layihəsini, “mygov” platformasını, eləcə də 2025–2028-ci illəri əhatə edən Süni İntellekt Strategiyasını buna misal göstərib:

"Ancaq qarşıda hələ görüləsi işlər çoxdur. Elə müşavirədə də dövlət başçısı bunlara diqqət çəkdi. Xüsusilə, süni intelektin dövlət və özəl sektorda tətbiqinin vacibliyini vurğuladı. Cənab prezident haqlı olaraq bildirdi ki, rəhbər orqanlarında təmsil olunan şəxslər süni intellektdən geniş istifadə etməlidirlər. Ölkə başçısı qeyd etdi ki, özəl sektorda da eyni yanaşmanı təmin etmək üçün dəstək mexanizmləri işlənməlidir. Prezidentin dediyi kimi kibertəhlükəsizlik üzrə də əsas hədəflər müəyyən edilməlidir. Çünki bu sahə də kritik sahələrdən biridir".

İctimai birlik sədri deyib ki, süni intelektin, təqəmsallaşmanın ölkədə inkişaf etdirilməsi bütün dünyada olduğu kimi, Azərbaycanda da qarşıda duran mühüm vəzifələrdəndir.

Süleyman
Xəbəri paylaş