
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli Daşkənddə elmi ezamiyyət çərçivəsində Özbəkistan Respublikası Nazirlər Məhkəməsi yanında Repressiya qurbanları xatirəsi Dövlət Muzeyini (O’zbekiston Respublikasi Vazirlar Mahkamasi huzuridagi Qatag’on qurbonlari xotirasi davlat muzeyini) də ziyarət edib.

Newscenter.az xəbər verir ki, Faiq Ələkbərli ziyarət zamanı Dövlət Muzeyinin əməkdaşları tarix üzrə fəlsəfə doktoru, dosent Məşhurər Darmonova, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhram Rzayev və muzeyin direktoru Bəxtiyar Həsənovla görüşüb.
Süleyman












































