
"Ölkə Prezidenti cənab İlham Əliyevin rəqəmsal inkişaf və innovasiya məsələlərinə xüsusi diqqət və həssaslıqla yanaşması son illər həyata keçirilən islahatların əsas istiqamətlərindən biri kimi özünü göstərir. Dövlət başçısı dəfələrlə vurğulamışdır ki, müasir dövrdə texnoloji tərəqqi yalnız iqtisadi artımın deyil, həm də milli təhlükəsizliyin, şəffaf idarəetmənin və vətəndaş məmnunluğunun əsas təminatçılarındandır".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Elşən Səfərov deyib. O bildirib ki, “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirilən fikirlər də bu strateji baxışın məntiqi davamı kimi çıxış edir:
"Prezidentin çıxışı göstərir ki, rəqəmsallaşma artıq lokal təşəbbüs deyil, dövlət siyasətinin sistemli və uzunmüddətli prioritet istiqamətidir".
Hakim partiya təmsilçisi qeyd edib ki, müşavirədə “rəqəmsal arxitektura” anlayışı ayrı-ayrı elektron xidmətlərin genişləndirilməsi kimi deyil, vahid və inteqrasiya olunmuş idarəetmə platformasının formalaşdırılması kimi təqdim olunur:
"Burada əsas məqsəd dövlət informasiya resurslarının mərkəzləşdirilməsi, məlumat bazalarının qarşılıqlı əlaqəsinin təmin edilməsi və qərar qəbuletmə prosesinin daha operativ, çevik və şəffaf mexanizmlər üzərində qurulmasıdır".
Anar












































