
Dünyanın ən böyük aviasiya, kosmik və texnologiya festivalı olan TEKNOFEST çərçivəsində təşkil edilən 2026 texnologiya müsabiqələrinə müraciətlər başlayıb.
Newscenter.az Türkiyənin Azərbaycandakı səfirliyinə istinadən bildirir ki, bu il festival Şanlıurfada keçiriləcək. TEKNOFEST-2026, 75 milyon TL mükafat və 100 milyon TL-dən çox maliyyə dəstəyi ilə gənc zehnləri yeni kəşflərə dəvət edir.
30 sentyabr - 4 oktyabr tarixləri arasında GAP Hava Limanında keçiriləcək TEKNOFEST 2026, tarixin sıfır nöqtəsi olan Şanlıurfada elm və texnologiyanı milyonlarla insanla bir araya gətirəcək.
İdeyaları gerçəkliyə, gələcəyə yönəlmiş layihələrə çevirmək istəyənlər üçün müsabiqələrə müraciətlər 20 fevrala qədər davam edəcək.
Hər il yenilənən müsabiqə kateqoriyaları ilə diqqət çəkən TEKNOFEST, bu il yenidən dünyanın ən böyük mükafat qazanan texnologiya yarışlarına ev sahibliyi edir. 2026-cı ildə 52 yarışma və 127 alt kateqoriyada keçiriləcək TEKNOFEST Texnologiya Yarışmaları əvvəlki illərdən fərqli olaraq, bu il yeni üfüqlər və güclü təcrübə imkanları təqdim edən müraciətlər üçün də açıq olacaq.
Qeyd edək ki, 2018-ci ildən bəri gələcəyi formalaşdıran innovasiya, istehsal və ideyaların görüş nöqtəsi olan TEKNOFEST bu günə qədər 4 milyondan çox müraciət qəbul edib. TEKNOFEST 2026-da ibtidai məktəbdən magistraturaya qədər bütün təhsil səviyyələrindən minlərlə gənc xəyallarını layihələrə çevirmək üçün müxtəlif kateqoriyalar üzrə texnologiya yarışlarına müraciət etmək imkanı əldə edəcək.
Süleyman












































