Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan rəqəmsal dünyada aparıcı gücə çevriləcək

Azərbaycan rəqəmsal dünyada aparıcı gücə çevriləcək


"XXI əsr elm və texnologiyanın inkişaf etdiyi tərəqqi dövrü və rəqəmsal sahədə yeni eranın başlanığıcı hesab olunur. Alimlərin hesablamalalarına görə artıq yaxın gələcəkdə süni intellekt, rəqəmsallıq bütün dünya xalqlarının həyatında mühüm amilə çevriləcəkdir. Azərbaycan dövləti daim dünyada baş verən elmi və texnoloji yeniklərə uyğunlaşmanı layiqincə təmin edir,həmçinin ölkəmizdə internet və rəqəmsal infrastrukturun inkişafına böyük investisiyalar yatırılır ki, bu da ölkəni qlobal rəqəmsal iqtisadiyyata inteqrasiya edir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan bu gün Cənubi Qafqaz regionunda rəqəmsal mərkəzə çevrilir. Ölkəmizdə neft kapitalının insan kapitalına çevrilməsi, təbii sərvətlərdən, həmçinin onlardan əldə edilən gəlirlərdən düzgün istifadə edilməsi, həyata keçirilən mühüm layihələr sayəsində Azərbaycan bir neçə istiqamət üzrə tranzit ölkəyə, mühüm qovşağa çevrilib.Azərbaycan bütün sferalar üzrə sözün həqiqi mənasında bu gün hərtərəfli inkişaf yolundadır".


Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Tural İsmayılov deyib. O bildirib ki, süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır:

"Bu gün bu sahədə aparıcı ölkələrdə bu belədir. Kibertəhlükəsizlik üzrə əsas hədəflər müəyyən edilməlidir. Bizdə artıq fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzi var, onun işi daim diqqət mərkəzində olmalıdır.

"Azərbaycanın yeni rəqəmsal arxitekturası" ölkəmizi dünya dövlətləri arasında rəqamsal sahədə daha böyük uğurlar əldə etməyə yönəltmək və C.Qafqazın aparıcı gücünə çevirmək məqsədi daşıyır".

Anar
Xəbəri paylaş