
VSK-100 hücum tüfəngi 2026-cı ilin sonuna qədər Belarusda kütləvi istehsala başlaya bilər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Respublika Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç bildirib.
"VSK-100, 100% lokalizasiyaya malik müasir Belarus hücum tüfəngidir və inanıram ki, bu ilin sonuna qədər kütləvi istehsala başlanacaq və silahlı qüvvələrə və digər təhlükəsizlik orqanlarına tədarük ediləcək", - deyə o, bildirib.
Onun sözlərinə görə, Belarus istehsalı olan silahlar xaricdə maraq doğurur. Volfoviç qeyd edib ki, elektron müharibə sistemləri və optik nişangahlar xüsusilə maraq doğurur.
Anar












































