Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrail Müdafiə Qüvvələrində 5000-dən çox rusiyalı xidmət edir

İsrail Müdafiə Qüvvələrində 5000-dən çox rusiyalı xidmət edir


İsrail Müdafiə Qüvvələrində (İMQ) 5000-dən çox ikili vətəndaşlığı olan rusiyalı xidmət edir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə İMQ-nin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, İsrail Müdafiə Qüvvələrində Rusiya və İsrail vətəndaşlığına malik 5067 şəxs xidmət edir. Ümumilikdə, İsrail Müdafiə Qüvvələrində ikili vətəndaşlığı olan 44 mindən çox əcnəbi var.

Ruslardan sonra almanlar (3.901) və ukraynalılar (3.201) gəlir. İlk onluğu britaniyalılar, rumınlar, polyaklar, efiopiyalılar və kanadalılar tamamlayır.

Anar
Xəbəri paylaş