Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Japarovun səlahiyyət müddəti məhdudlaşdırıla bilər

Japarovun səlahiyyət müddəti məhdudlaşdırıla bilər


Qırğızıstan Konstitusiya Məhkəməsi prezident Sadır Japarovun səlahiyyət müddətinin məhdudlaşdırılması ilə bağlı apellyasiyasına baxacaq.

Newscenter.az TASS-a istinadən bildirir ki, Japarov 11 fevralda Konstitusiya Məhkəməsinə müraciət edərək müvafiq şərh tələb edib. Bu müraciətə keçmiş baş nazirlər, parlament üzvləri, nazirlər, eləcə də tanınmış elm adamları və idmançılar da daxil olmaqla 75 vətəndaşın dövlət başçısına və parlamentə ünvanladığı müraciət səbəb olub. Onlar növbədənkənar prezident seçkilərinin keçirilməsində israr ediblər.

Ərizə müəlliflərinin fikrincə, konstitusiyanın köhnə və yeni versiyaları arasında prezidentlik müddətlərindəki fərq yalnız erkən səsvermə keçirməklə həll edilə bilən hüquqi uyğunsuzluq yaradır. Konstitusiyanın əvvəlki versiyasına əsasən, Qırğızıstan prezidenti altı illik müddətə bir dəfə seçilməli idi. 2021-ci ilin aprelində qəbul edilən yeni versiya prezidentlik müddətini beş ilə endirir, lakin iki prezidentlik müddətinə icazə verir. Japarov 2021-ci ilin yanvarında dövlət başçısı oldu və növbəti seçkilər 2027-ci ilin yanvarına təyin edilib.

Ərizəni imzalayan 75 nəfərdən beşi artıq həbs olunub və ifadə verir. Onların arasında keçmiş daxili işlər nazirinin müavini Kursan Asanov və keçmiş baş nazirin birinci müavini Aalı Karaşev də var.

Süleyman
Xəbəri paylaş